Fransanın “Sent-Etyen” klubunun futbolçusu Vilyam Qomis öldürülüb.
Yenicag.az xəbər verir ki, o, Mer şəhərində qeydə alınan silahlı atışmada qətlə yetirilib.
Fransa təmsilçisi 19 yaşlı futbolçunun ölümü ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb.
Qeyd edək ki, sentyabrın 9-dan 10-a keçən gecə baş verən silahlı insident zamanı Qomislə yanaşı, 14 yaşlı yeniyetmə də güllələnib.
Onu da qeyd edək ki, “Sent-Etyen”in əsas komandasında debüt etməyən Villiam Qomis bu klubun sabiq futbolçusu Bafetimbi Qomisin qohumudur. 19 yaşlı müdafiəçi ötən mövsüm “Sent Etyen”in B komandasında 18 matça çıxıb.