Fransanın sabiq prezidenti sərbəst buraxıldı

Fransanın sabiq prezidenti Nikolya Sarkozi ötən gün hüquq-mühafizə orqanları tətəfindən saxlanılıb.

Yenicag.az xəbər verir ki, Liviya hakimiyyəti tərəfindən 2007-ci ildə seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində ifadə vermək üçün saxlanılan sabiq prezidentin dindirilməsi ümümilikdə 25 saat davam edib. Korrupsiya, maliyyə və vergi pozuntuları ilə mübarizə üzrə Mərkəzi İdarəsində saxlanılan Sarkozi bu axşam sərbəst buraxılıb.

Lakin istintaq orqanları tərəfindən sabiq prezidentə qarşı ittiham irəli sürülüb. Keçmiş dövlət başçısı korrupsiya və Liviyaya məxsus dövlət vəsaitlərinin gizlədilməsində ittiham edilib. Sarkozi polis nəzarəti altında qalacaq. Eks-prezident ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

Qeyd edək ki, Liviya hakimiyyəti Sarkozinin prezident seçkiləri kampaniyasını maliyyələşdirdiyini ilə dəfə 2011-ci ilin martında bəyan edib. Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Seyfülislam Qəddafi “Euronews” telekanalına müsahibəsində həmin vaxt prezident postunu tutan Sarkozinin Liviya hökumətindən maliyyə yardımı almasını etiraf etməsini istəmişdi. Daha sonra Fransada müstəqil jurnalistlərin apardıqları araşdırma bu məlumatı təsdiqləyib. Vasitəçilər də istintaqa ifadələrində Liviyadan gətirilmiş bir neçə çemodan pulu Sarkozinin nümayəndələrinə verdiklərini bildiriblər. Söhbət 5 milyon avrodan çox puldan gedir. Sarkozi isə indiyə qədər bunu təkzib edib.

COP29