Fransanın 102 parlamentarisi Türkiyənin Suriyada həyata keçirəcəyi mümkün hərbi əməliyyatlarla bağlı bəyanat yayıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bəyanat “Le Journal du Dimanche” qəzetində “Ərdoğanın savaş çılğınlığına qarşı çıxılmalıdır” başlığı ilə yayımlanıb.
“Qərb ölkələri türk ordusunu dayandırmalıdır. Kürd müttəfiqlərimizə (PKK/PYD) bir daha hücum edilməsinə icazə verə bilmərik və verməməliyik”, – deyə bəyanatda qeyd olunub.