Fransa hökuməti Monblan və “Kral marşrutu”na məhdudiyyət qoyub.
Yenicag.az-ın məlumatına görə, məhdudiyyət bura çoxlu sayda turistlərin gəlməsilə bağlıdır. Belə ki, həmin yerlərdə böyük insan sıxlığının yarandığı bildirilib.
Qeyd olunur ki, məhdudiyyət 8 gün müddətinə tətbiq olunur.
Məlumata görə, həmin yerlərə yalnız daha öncədən sifarişlə bron etmiş turistlər buraxılacaq.
Ümumiyyətlə isə belə qərarın həmin ərazidə təhlükəsizlik və çirklənmə səviyyəsini qorumaq üçün atıldığı bildirilir.