!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransız avantürasının PƏRDƏARXASI: “Makron Türkiyəyə qarşı sistemli siyasət yürüdür” - Maksim Şevçenko / VİDEO

!Reklam – Yazi

“Fransa artıq münaqişənin nizamlanmasında vasitəçilik rolunu unuda bilər”.

Yenicag.az xəbər verir ki, bu fikirləri tanınmış Rusiyalı jurnalist, ictimai xadim Maksim Şevçenko Fransa Senatının ötən gün qəbul etdiyi məlum ermənipərəst qətnaməni “Vestnik Kavkaza”ya şərh edərkən deyib.

Maksim Şevçenko

Şevçenkonun fikrincə, bu qətnamə Fransa hakimiyyətinin Türkiyəyə qarşı apardığı sistemli siyasətin tərkib hissəsidir:

“Azərbaycan bundan sonra Fransa ilə nədən danışmalıdır? Belə gözlənilir ki, Azərbaycan Fransadakı səfirini məsləhətləşmək üçün geri çağıracaq. Ümumiyyətlə, Fransanın bu addımı onun Cənubi Qafqazdakı maraqlarına çox ciddi təsir edəcək.

Aydın məsələdir ki, o qətnamə erməni lobbisinin təsiri altında qəbul olunub. Eyni zamanda, prezident Makron həmin lobbinin təsiri ilə Türkiyəyə qarşı sistemli siyasət yürüdürərək, onu Avropa İttifaqının bütün sahələrindən çıxarmağa çalışır.

Fransa imperialist münaqişə yürüdərək, bunun cəzasını ermənilərlə azərbaycanlıların çəkməyini istəyir”.

www.yenicag.az

778
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv