Fransız futbolçudan inanılmaz addım

26784031Bildirilir ki, Nottingham klubundan, Birmingem-ə transfer edilən fransız futbolçu Guy Moussi bir il ərzində qazandığı 300 min paundun (təxminən 350 min manat) yarısını xərçənglə mübarizə vəqfinə, yarı hissəsini də Soma fəlakətində həlak olan insanların ailələrinə bağışlayacaq.

Yenicag.az saytı Türkiyə mətbuatına istinadən məlumat verir ki, futbolçunun türkiyəli menecerləri də onun bu addımına biganə qalmayıblar. Belə ki, Muzzi Özcan və Burhan Aytac əldə etdikləri gəlirləri Soma faciəsinin qurbanlarının ailələrinə hədiyyə edəcəklər.

Futbolçu Moussi bu barədə bildirib ki, Soma faciəsi onu dərindən sarsıdıb və ilk transferində həlak olan insanların ailələrinə yardım etməyi düşünüb.