Fransız hərbçi İraqda güllələndi

Fransanın İraqda xüsusi təyinatlı qüvvələrdə xidmət edən hərbçisi Nikolas Mazier əməliyyat zamanı güllələnib.

Yenicag.az xəbər verir ki, bu barədə Fransa KİV-ləri məlumat yayıb.

Qeyd olunub ki, daha 4 əsgər yaralanıb.

Fransa Baş Qərargahı açıqlayıb ki, əməliyyat terror qruplaşmasının paytaxt Bağdadın təxminən 100 kilometrliyində İraq ordusuna hücumundan sonra həyata keçirilib.

Qeyd olunub ki, son iki həftədə İraqda 3 fransız əsgəri həlak olub.