““Freedom House” təşkilatı müəyyən qüvvələr üçün istismar alətinə çevrilib”.
Bu sözləri millət vəkili Azay Quliyev “Freedom House” təşkilatının Azərbaycanla bağlı hesabatna münasibət bildirərkən deyib.
Deputat adıçəkilən təşkilatın ölkəmizə qarşı qərəzli mövqe sərgilədiyini bildirib.
“Təşkilatın rəhbərliyi Azərbaycanı tutduğu yoldan döndərmək, bəlli dairələrin sifarişlərini, istəklərini icra etmək üçün təzyiqlər edir. Erməni lobbisi, erməni diasporu öz maraqlarını Azərbaycanda bilavasitə həyata keçirmək istəyən qüvvələrdir. “Freedom House” onlar üçün bir istismar sahəsinə çevrilib”.
Qeyd edək ki, “Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı 195 ölkədə təməl azadlıqlarının durumu ilə bağlı “2016-cı ildə dünyada azadlıqlar” adlı hesabatını açıqlayıb. Hesabatda qərəzli olaraq Azərbaycan qeyri-azad ölkə kimi qeyd edilib.(Azvision)