!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FTB Trampın evində axtarış apardı - Tapılan 11 dəst məxfi sənəddə nələr var? - FOTO 

!Reklam – Yazi

Federal Təhqiqat Bürosunun (FTB) agentləri ABŞ-nin keçmiş prezidenti Donald Trampın Florida ştatının Mar-a-Laqo şəhərindəki evində mülkündə axtarış zamanı 11 dəst məxfi sənəd ələ keçiriblər.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları dörd “tam məxfi”, üçü “gizli”, daha üçü isə məxfi olan bağlama aşkar ediblər.

Həmçinin tapılanlar arasında sənədlər, fotoşəkillər olan qovluqlar, əlyazma qeydləri və əfv sənədi olan 20-yə yaxın qutu çıxarılıb.

Ələ keçirilən sənədlərin bəzilərinin üzərində “tam məxfi” qrifi qeyd olunub. Bu isə qanuna əsasən, yalnız xüsusi dövlət qurumlarında baxılmaq üçün nəzərdə tutulur.

Əfv sənədi isə onun keçmiş müşaviri Rocer Stounun əfvi ilə bağlıdır.

Həmçinin sənədlərdə “Fransa prezidenti” ilə bağlı məlumatların da olduğu qeyd edilir.

Qeyd edilib ki, FTB Trampın malikanəsində axtardığı sənədlər nüvə silahı ilə bağlı məxfi materiallar olub.

www.yenicag.az

506
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv