FTX-dan əməliyyatlar – “Hizbut-Təhrir”in 9 üzvü yaxalandı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Moskva və Çelyabinsk şəhərlərində keçirdiyi əməliyyatlar nəticəsində Hizbut-Təhrir qruplaşmasının 9 üzvü yaxalanıb.

Yenicag.az xəbər verir ki, saxlanılan şəxslər “mövcud hakimiyyəti zorla devirməyə çalışan terror ideologiyasını Rusiyada yaymaqda” ittiham olunur.

Eyni zamanda şübhəlilərin Rusiyanın müsəlman vətəndaşları və ölkədə çalışan əcnəbi işçilər arasında təşkilatlanmağa çalışdığı qeyd olunur.

COP29