FTX əməkdaşları üçün gülləkeçirməz “iPhone 7” yaradıldı

iphoneRusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları üçün güllə keçirməyən titandan xüsusi “iPhone 7” yaradılıb.

Yenicag.az-ın “İKT.lent.az” saytına istinadən məlumatına görə, “Caviar” şirkəti tərəfindən istehsal olunmuş cihaz xüsusi olaraq FTX gününün şərəfinə yaradılıb.

Eksklüziv “iPhone”lar BT23 markalı möhkəm gülləkeçirməz materialdan istehsal edilib. Bu material həmçinin zirehli jiletlərin yaradılmasında istehsal olunur.

Xalq arasında “Çekistlər günü” kimi adlandırılan bayram dekabrın 20-də qeyd edilir. Bu tarix üçün “Caviar” şirkəti xüsusi olaraq limit seriyalı “Forza FSB” istehsalına başlayıb. “Forza FSB Gold LE” yeni modelinin xüsusiyyəti ondan ibarətdir ki, onun dizaynının əsas elementləri qızılla örtülüb.

Qeyd edək ki, “Caviar Forza” telefonları “Makarov” tapançasından güllə atəşinə dözür və hətta 4 metr məsafədən açılan atəşi də müdafiə edir.

Yenicag.az

COP29