Rusiya Federal Təhlükəsizlik Xidməti Odessa Dəmir Yollarının rəhbərlərindən biri Xerson dəmir yolu vağzalında təxribat təşkil etməkdə şübhəli bilinərək saxlanılıb.
Yenicag.az gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə FTX-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, adı açıqlanmayan məmur vağzalı partlatmaq istəyərkən cinayət başında saxlanılıb.