Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Fuad Abbasov Azərbaycana nə vaxt deportasiya ediləcək? - Tarix açıqlandı

“Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya ediləcək”. 

Yenicag.az xəbər verir ki, bunu “Report”-a açıqlamasında onun vəkili Elman Paşayev deyib.

“Jurnalist Fuad Abbasov Moskvada Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Mən indi onunla görüşdüm. Fuad bəzi prosedurları keçdikdən sonra mayın 28-i axşam saatlarında Azərbaycana deportasiya ediləcək”.

Qeyd edək ki, Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb. Belə ki, Rusiyanın bir neçə azərbaycanlı icması F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də “Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması” adlı 2737/2019 nömrəli işə baxıb. Proses mayın 17-də yekunlaşıb. Mayın 18-də isə Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb. Hazırda jurnalistin Azərbaycana deportasiya edilməsi üçün prosedurlar həyata keçirilir.

www.yenicag.az

944
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM