Rusiyadan deportasiya edilən azərbaycanlı jurnalist Fuad Abbasov artıq Bakıdadır.
Yenicag.az xəbər verir ki, jurnalist bu dəqiqələrdə Bakıya çatıb.
Fuad Abbasovu yaxınları, dostları və KİV nümayəndələri qarşılayıb.
***
21:52
Azərbaycanın Rusiyadakı səfirliyi jurnalist Fuad Abbasovun Rusiyadan deportasiyası ilə əlaqədar məlumat yayıb.
Yenicag.az xəbər verir ki, bu barədə Səfirlikdən məlumat verilir:
“25 iyun 2019-cu il tarixində Fuad Abbasov Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarəti altında Azərbaycan Hava Yollarının Moskva-Bakı reysi ilə Azərbaycana yola salınıb”.