“Fuad Abbasovun Rusiyada saxlanılması nəzarətimizdədir” – Səfirlik

Jurnalist Fuad Abbasovun Rusiya Daxili İşlər Nazirliyinin Ximki şəhəri üzrə polis idarəsinin əməkdaşları tərəfindən saxlanılması Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarətindədir.

Bu barədə Yenicag.az-a Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, səfir Polad Bülbüloğlunun göstərişinə əsasən, mayın 20-də səfirliyin konsulluq şöbəsinin əməkdaşları onunla Moskva vilayətinin Korolyov şəhəri üzrə əcnəbilərin müvəqqəti saxlanma mərkəzində görüşüb.

Böyük ictimai narahatlığa səbəb olan bu hadisə ilə bağlı səfirlik tərəfindən bütün lazımi tədbirlər görülür.