Fuad Ələsgərov və Mədət Quliyev MDB ölkələri xüsusi xidmət orqanları rəhbərlərinin iclasında

161582_res_01 (1)Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 41-ci iclası başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin adından görüş iştirakçılarını salamlayan Azərbaycan Prezidentin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov təhlükəsizlik sahəsində əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində iclasın rolunu qeyd edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev ümumi təhlükəsizliyə qarşı təhdidlərin, eləcə də terrorizm, ekstremizm və mütəşəkkil cinayətkarlığın digər növlərinin qarşısının alınmasında aktuallıq daşıyan məsələlərin bu formatda müzakirəsinin regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə konkret töhfə verəcəyinə əminliyini söyləyib.

Qeyd olunub ki, dünyada artan terror aktivliyi, dini-radikal və ekstremist qruplaşmaların transmilli mütəşəkkil cinayətkarlıqla birləşməsi daha sıx əməkdaşlıq, bu çağırış və təhdidlərə cavab vermək üçün yeni və səmərəli yolların işlənib hazırlanmasını tələb edir.

Tədbir çərçivəsində M.Quliyev Rusiya, Belarus, Tacikistan, eləcə də tədbirdə qonaq qismində təmsil olunan Almaniya və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.