Fuad Ələsgərov,Zeynal Nağdəliyev və Natiq Əmirov Prezidentin köməkçiləri-şöbə müdirləri təyin edildi
Fuad Murtuz oğlu Ələsgərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.
Yenciag.az-ın məlumatına görə, Prezident İlham Əliyev noyabrın 29-da bununla bağlı sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Natiq Ərziman oğlu Əmirov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri təyin edilsin.
***
Prezident İlham Əliyev Zeynal Nağdəliyevin Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Zeynal Səfər oğlu Nağdəliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin müdiri təyin edilsin.