“Səyahət insanı cavan saxlayır və dünyaya baxış bucağını tam dəyişir”.
Yenicag.az xəbər verir ki, bu sözləri 24 iyul tarixində Gürcüstanda gəncələrin təhsili və fərdi inkişafı istiqamətində fəaliyyət göstərən “İnkişaf və Təlim Mərkəzi”nin təşkil etdiyi “Büdcənizə qənaət etməklə dünyanı necə gəzə bilərsiz?” adlı təlim programında səyahəti həyatının ayrılmaz hissəsi kimi yaşayan təlimçi Fuad Əsgərov vurğulayıb.
Bir neçə saat davam edən təlimdə gənclərə az pulla bir necə ölkəyə getməyin yolları izah olunub, təlimçi tərəfindən praktik misallar təqdim edərək ekstrimal şəraitdə həyatda qalma üsulları öyrədilib.
Qeyd edək ki, Əsgərov Fuad 29 ölkəyə 80-ə yaxın səfər etdib. Təlim Kvemo Kartli bölgəsinin Dmanisi munisipalitetində baş tutdu. Yekunda gənc rəssam Günel Zeynalovanın köməkliyi ilə gənclər təbii resurslardan istifadə edərək komanda halında əl işləri təqdim elədilər.