“Fuad Muradov bizim qardaşımızdır” – Nazim İbrahimov

Bu gün ölkə prezidenti İlham Əliyev hökumətin yeni üzvlərinin təyinatı ilə bağlı sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, bu sərəncama əsasən millət vəkili Fuad Muradov Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Prezidentin digər bir sərəncamı ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov tutduğu vəzifədən azad edilib.

Veteninfo.az-a komitəyə yeni sədr təyinatı ilə bağlı danışan Nazim İbrahomov bildirib ki, o hər zaman Fuad Muradova dəstək olub və bundan sonra da diaspora işində yaxından kömək edəcək:

“Fuad Muradov bizim əziz qardaşımızdı. İlk olaraq onu bu vəzifəsində təbrik edirəm. Eyni zamanda qeyd edim ki, Fuad Muradov digər sahələrdə də çalışan zaman ona yaxından bir dost kimi dəstəyimi əsirgəməmişəm. Azərbaycan diasporasının daha da güclənməsi istiqamətində də ona dəstəyimi göstərəcəm”.

COP29