Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Fuad Muradov Türkiyənin Nyu-Yorkdakı baş konsulluğunda olub

Reklam: Sinerji Pro

ABŞ-də səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Türkiyənin Nyu-Yorkdakı baş konsulluğunda olub.

Yenicag.az xəbər verir ki, baş konsul Reyhan Özgür 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib, bu şanlı qələbənin regionda sülh və sabitliyə böyük töhfə olduğunu vurğulayıb.

Səmimi görüşə görə təşəkkür edən DİDK sədri 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana böyük dəstəyinin önəmini qeyd edib, ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” şüarının iki ölkənin prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev tərəfindən layiqincə həyata keçirildiyini bildirib.

ABŞ-dakı Azərbaycan və Türkiyə icmalarının fəallarının qatıldığı görüşdə erməni yalanlarına qarşı mübarizədə Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyət göstərməsinin, iş adamlarının diaspor fəaliyyətinə cəlb olunmasının vacibliyi vurğulanıb, gələn ilin birgə fəaliyyət planı müzakirə olunub.

www.yenicag.az

174
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100