Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov erməni diaspor təşkilatlarına xəbərdarlıq edib.
Yenicag.az-ın xəbərinə görə, komitə sədri deyib ki, ermənilər çirkin əməllərindən əl çəkməlidirlər.
Onun sözlərinə görə, ermənilər yaşadıqları ölkələrdə Azərbaycana qarşı təxribat törədirlər: “Buna görə də Azərbaycanın diaspor təşkilatları birləşməlidir. Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır. Onlar bilməlidirlər ki, biz yaxın zamanlarda onlara zərbələr endirəcəyik”.