!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fuad Muradovun parlamentdə yeni missiyası…

!Reklam – Yazi

fuad_mu_radovv_523554418_949721682_nBu gün V çağırış Milli Məclisin ilk iclası keçirilib. Modern.az saytının məlumatına görə, iclas bir sıra məqamlarla yadda qalıb. Bunlardan biri də parlamentdə 4 yeni komitənin yaradılmasıdır.

Azərbaycan parlamentində ilk dəfə olaraq Gənclər və idman komitəsi də yaradılıb. Yeni komitəyə isə 34 saylı Xətai ikinci seçki dairəsindən bitərəf deputat Fuad Muradov sədrlik edəcək.

Qeyd edək ki, Fuad Muradov üçüncü və dördüncü çağırış Milli Məclisin də üzvü olub. Bundan əvvəlki çağırışlarda o, 29 saylı Səbail seçki dairəsini təmsil edib.
Ötən çağırışda o, Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi fəaliyyət göstərməklə yanaşı, “Avronest” Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədri də olub.

Fuad Muradov həm millət vəkili, həm də gənclər siyasəti sahəsində beynəlxalq əlaqələrin qurulması və inkişaf etdirilməsi, Azərbaycan həqiqətlərinin və Dağlıq Qarabağ münaqişəsin dair məlumatların dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edir.

2012-ci ildə “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri seçilib.

2010-cu ildə “Neftin ilkin emalı zamanı ətraf mühitə atılan tullantıların tərkibində radionuklidlərin analizi və paylanma qanunauyğunluqları” mövzusunda dissertasiya işini müdafiə edib, kimya elmləri üzrə fəlsəfə doktorudur.

İngilis, fransız və rus dillərini bilir.

Evlidir, 2 övladı var.

www.yenicag.az

592
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv