!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Fuad Poladov: “Çox üzülürəm”

!Reklam – Yazi

Xalq artisti, tanınmış aktyor Fuad Poladov əməliyyat olunması ilə bağlı yayılan xəbərdən narahatlıq hissi keçirtdiyini deyib.

Yenicag.az-a açıqlama verən xalq artisti saytlarda və sosial şəbəkələrdə barəsində yayılan əməliyyat xəbərinin yeni olmadığını bildirib:

“Mən gözümdən çoxdan əməliyyat olunmuşam. Onda hələ “xərçəngə” düçar olmamışdım. Xahiş edirəm, belə xəbərləri yaymayın. İnsanlar mənə görə çox narahat olur. Əslində, özüm haqqımda yayılan xəbərləri izləmirəm. Amma insanlar oxuyur. İstəmirəm sevənlərim belə xəbərləri oxuyub, mənə görə üzülsünlər. Onlar üzüldükcə, mən də çox pis oluram”.

Qeyd edək ki, bu günlərdə tanınmış oftalmoloq Paşa Qəlbinur feysbuk səhifəsində Fuad Poladovun əməliyyatdan sonrakı fotosunu paylaşıb. O, əməliyyatın oğlu Tural Qəlbinur tərəfindən aparıldığını yazıb. Bu da xəbər saytlarında yer alıb.

Cəvahir

www.yenicag.az

2732
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv