!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Funda Kocabıyık: “15 iyul çevriliş yox, işğal cəhdi idi”

!Reklam – Yazi

FETÖ terror şəbəkəsinin 2016-cı il 15 iyul çevriliş cəhdi müxtəlif aspektlərdən müzakirə olunmaqdadır.

Bir əvvəl baş vermiş məlum hadisələr barəsində Yenicag.Az-a danışan Türkiyə Təhsil Nazirliyi Avropa İttifaqı (Aİ) və Xarici Əlaqələr Şöbəsinin müdiri Funda Karabıyık çevrilişə cəhd zamanı yaşanan bəzi məqamlara toxunub:

“15 iyulda baş verənlər bir çevriliş yox, işğal cəhdi idi. Ən əsası, nəzərə alınmalıdır ki, Türk milləti öz Vətənini qorumaq üçün ən çox şəhid verən millətdir.

O gecə FETÖ-çular deyirmişlər ki, millət vəkillərinin xanımları və evləri sizə halaldır. Millət vəkilinin xanımı olan qadın deyir ki, o cür psixoloji gərginlikdə evdəki silahı götürüb, uşaqlarımın yanında keşik çəkdim. Həmin vəziyyəti təsəvvür etmək çətin deyil. Türk qadını qəhrəmandır, biz həmin gecə xatun nənələrimizin nəvələri olduğumuzu dərk etdik və ona uyğun davrandıq.
Qadın çevriliş cəhdindən sonra uşaqları ilə gedərkən, bədrlənən Ayı görür və övladlarına deyir ki, niyyət tutun. Sonra maraqlananda ki kim nə niyyət tutub, 8 yaşlı uşaq cavab verir ki, mən Allahdan FETÖ-nun ölməyini istədim. Yəni bütün bu deyilənlər o gecəki çevriliş cəhdinin uşaqların psixologiyasına vurduğu zərbəni əyani göstərir”.

Yenicag.Az

 

www.yenicag.az

962
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv