!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Futbol+" KİVDF-nin yardımı olmayanda da var idi" - Mahir Rüstəmli

!Reklam – Yazi

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu tərəfindən qəzetlərə maliyyə yardımının dayandırılması ciddi narahatlığa səbəb olub.

Yenicag.az xəbər verir ki, ən çox düşünülən suallardan biri də yeganə gündəlik idman qəzeti olan “Futbol+”in aqibəti ilə bağlıdır.

Məsələ ilə bağlı saytımıza açıqlama verən qəzetin baş redaktoru Mahir Rüstəmli bildirib ki, “Futbol+”in yaşaması üçün bütün imkanları səfərbər edəcəklər:

“Fəaliyyətimizi dayandıracağımızı, qəzeti bağlayacağımızı heç harada deməmişik. “Futbol+” qəzetinin yaşaması üçün bütün imkanlarımızı səfərbər edəcəyik. “Futbol+” KİVDF-nin yardımı olmayanda da var idi. Yardım kəsilsə də belə, bu qəzet yaşamalıdır. Mənim fikrim bundan ibarətdir. Bu yolda təkcə məndən yox, kollektivdən də müəyyən fədakarlıqlar tələb olunacaq. Hər halda fevral-mart ayları ərzində vəziyyəti dəyişməyəcə çalışacağıq. Qəzet üçün müəyyən maliyyə dayaqları tapmağa çalışacağıq. Ən pis halda qəzet həftəlik rejimə keçərək fəaliyyətini davam etdirəcək”.

Emin Səfərov

www.yenicag.az

5749
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv