Futbol klubumuzun prezidenti Türkiyəyə qaçıb, adını dəyişdi – FOTO

Azərbaycanın ən köklü klublarından olan “Şəmkir”in gələcəyi sual altındadır.

Yenicag.az xəbər verir ki, klub prezidenti Elvin Səfərli Türkiyəyə qaçıb. Onun məşqçilər korpusuna, eləcə də, futbolçulara borclu olduğu bildirilir. Komanda üzvlərinin maaşlarını ödəməyən Səfərli, çıxış yolunu qardaş ölkəyə sığınmaqda görüb.

Maraqlıdır ki, gənc klub rəhbəri artıq şəxsi “facebook” hesabında da adını dəyişib. Özünə Edurd Paradeli adını verən Elvin Səfərli, görünür, bu üsulla gizlənməyə çalışır.

Emin Səfərov

Yenicag.az