Futbol meydanında daha bir ölüm hadisəsi qeydə alınıb.
Yenicag.az xəbər verir ki, İrlandiyanın “Şelbrun” klubunun 16 yaşlı futbolçusu İzzi Dezu “Sent-Kevin Boys”la keçirilən matçda huşunu itirərək yerə yıxılıb.
Faciə ikinci hissədə baş verib. Dezu dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
İrlandiya Futbol Federasiyası və klub 16 yaşlı futbolçunun ölümü ilə bağlı başsağlığı verib.