!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Futbol meydanında daha bir ölüm - İldırım vurdu

!Reklam – Yazi

Сənubi Afrika Respublikasında “Marutsburq Yunayted” futbol klubunun hücumçusu Luanda Ntsxanqase ildırım vurması nəticəsində dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, o, hadisədən iki ay sonra xəstəxanada keçinib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, insident martın 1-də yoldaşlıq matçı zamanı qeydə alınıb. İldırım vurmasından sonra Ntsxanqase xəstəxanaya yerləşdirilərək süni komaya salınıb. Lakin həkimlərin səylərinə baxmayaraq, 21 yaşlı futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

www.yenicag.az

3639
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv