!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Futbol üzrə bu ölkənin millisi ilk dəfə qara formada oynayacaq

!Reklam – Yazi

Braziliya milli futbol komandası ilk dəfə olaraq meydana milli bayrağın rənglərində olan ənənəvi formada deyil, qara formada çıxacaq.

Yenicag.az xəbər verir ki, bu barədə “Globo” qəzeti məlumat yayıb.

Komada iyunun 17-də Barselonada Qvineya ilə keçiriləcək oyunda meydana qızılı nömrəli qara formada çıxacaqlar.

Buna səbəb “Real Madrid”in futbolçusu braziliyalı Vinisius Juniora qarşı irqçilikdir.

Vinisius Juniorun özünün də 20 nömrəli oyunda iştirakı gözlənilir.

Nəşrin məlumatına görə, ilk hissədən sonra futbolçular qara formalarını ənənəvi formaya keçirəcəklər.

Qeyd edək ki, Vinisius Junior La Liqanın XXXV turunda “Valensiya” ilə görüşdə irqçiliklə üzləşib. Qarşılaşma “yarasalar”ın minimal hesablı qələbəsi ilə bitib – 1:0.

www.yenicag.az

192
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv