Futbol üzrə dünya çempionu koronavirusdan öldü

İngiltərənin “Lids Yunayted” klubunun əfsanəvi futbolçusu Norman Hunter koronavirusun qurbanı olub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, aprelin 10-da koronavirusa yoluxan keçmiş futbolçu həyatını dəyişib.

Qeyd edək ki, Norman Hunter 1962 – 1976-cı illərdə “Lids Yunayted”in formasını geyinib. İki dəfə İngiltərə çempionatının qalibi olub. Müdafiəçi 1966-cı ildə İngiltərə yığmasının heyətində dünya çempionatını qazanıb.

COP29