Futbol üzrə dünya çempionu vəfat etdi – FOTO

Futbol üzrə 1966-cı il Dünya çempionatının qalibi, İngiltərə millisi və “Tottenhem”in hücumçusu Cimmi Qrivz 82 yaşında vəfat edib.

Yenicag.az xəbər  verir ki, bu barədə Premyer Liqa klubu məlumat yayıb.

Futboçunun bu gün səhər öldüyü bildirilib.

Qeyd edək ki, Qrivz altı dəfə İngiltərə çempionatının ən yaxşı bombardiri olmaqla rekorda imza atıb.

O, həm də 357 qolla ölkənin yüksək divizionunun ən məhsuldar hücumçusudur. Bununla yanaşı, mərhum 379 qolla “Tottenhem” tarixində öz mövqeyinin ən yaxşısı hesab olunur.

Millinin heyətində 57 oyun keçirən Qrivz 44 dəfə fərqlənməyi bacarıb.