Futbol üzrə U-21 komandamız Sloveniyaya qalib gəldi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını başa vuran 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.

Yenicag.az AFFA-nın saytına istinadla xəbər verir ki, Sloveniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan kollektiv 2:0 hesablı qələbə qazanıb.
Millinin heyətində 27-ci dəqiqədə Samir Abdullayev və 90-cı dəqiqədə Murad Vəliyev fərqlənib.

COP29