Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Futbolçu gecə klubunda hesabı ödəməkdən imtina etdi - Polis çağrıldı

Reklam: Sinerji Pro

Müqavilə ilə “Barselona”ya məxsus olan Munir El-Xaddadi gecə klubunda hesab ödəməkdən imtina edib.

Yenicag.az xəbər verir ki, hadisə futbolçunun ad gününü qeyd etdiyi “Tiffany” barında baş verib.

23 yaşı tamam olan futbolçu şənliyə 30-a yaxın qonaq çağırıb. Ümumi hesab 16 min avro təşkil edib. Munir isə hesabın çox yüksək gəldiyini bildirərək ödəniş etməkdən imtina edib.

Bundan sonra gecə klubunun işçiləri polis çağırıblar. Onlar qonaq sayı çox olduğu üçün hesabın belə yüksək gəldiyini əsaslandırıblar. Sonda hesab min avro aşağı salınıb və Munir ödəniş edib.

Qeyd edək ki, 2014-cü ildə “Barselona”nın əsas heyətinə cəlb olunan gənc hücumçu Kataloniya təmsilçisinə duruş gətirə bilməyib. O, bu səbəbdən ötən mövsümü icarə əsasında “Valensiya”da keçirib. İspaniyalı forvard hazırda icarə əsasında “Alaves”də çıxış edir.

www.yenicag.az

674
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS