Futbolçu karyerasını başa vurdu – Ürəyinə görə

“Qalatasaray”ın sabiq futbolçusu Lorik Sana karyerasını başa vurub.

Yenicag.az xəbər verir ki, bu barədə albaniyalının özü məlumat verib.

Son olaraq Albaniya millisi ilə Avropa çempionatında çıxış edən futbolçu qərarını səhhətində olan problemlə əlaqələndirib. O, bədənindəki qızartılara görə həkimə getdiyini, ürək əzələsində problem aşkarlandığını bildirib. Belə durumda futbolçu karyerasını davam etdirmək gücündə olmadığını qeyd edib.

Qeyd edək ki, 34 yaşlı Lorik Sana karyerası ərzində PSJ, “Olimpik”, “Sanderlend”, “Latsio”, “Nant” kimi klublarda da çıxış edib.

COP29