İngiltərənin “Liverpul” klubunun müdafiəçisi Deyan Lovren məhkəməlik olub.
Yenicag.az xəbər verir ki, o, yalan ifadə verməkdə ittiham olunur. 29 yaşlı xorvatiyalı futbolçu Zaqreb “Dinamo”sunun sabiq prezidenti Zdravko Mamiçə qarşı açılmış cinayət işində yalan ifadə verib. Bu isə onun özü üçün əlavə problem yaradıb.
Xorvatiya prokurorluğundan verilən məlumatda bildirilir ki, futbolçunun günahı sübut edilsə, ona 5 ilə qədər həbs cəzası verilə bilər.