Futbolçu namizəd olmasa da, 1 milyon səs topladı – Prezident seçkilərində

İngiltərənin “Liverpul” klubunda cari mövsüm məhsuldar oyun nümayiş etdirən Məhəmməd Salah Misirdə baş tutan prezident seçkilərində 1 milyon səs toplayıb.

Yenicag.az xəbər verir ki, 29 qolla Premyer Liqanın bombardiri olan futbolçu namizəd olmasa da, bir sıra vətəndaşlar seçki blankında Salahın adını qeyd ediblər.

Qeyd edək ki, həftəsonu keçirilən seçkilərin qalibi Əbdulfəttah əl-Sisi olub.