Futbolçu penaltidən sonra sevincindən həyatını itirdi – VİDEO

Argentinada 17 yaşlı qapıçı Ramon İsmael Koronel oyun zamanı həyatını itirib.

Yenicag.az xəbər verir ki, yerli liqada çıxış edən “Union de Qolondrina”nın qapıçısı matçın gedişində sinəsiylə penaltini dəf edib və sevincini qeyd edərkən yerə yıxılıb.

Yerdən qalxmayan gənc futbolçunun ürək tutmasından vəfat etdiyi məlum olub. Futbolçunun atası Eduardo Karonel stadionda təcili yardım maşınının olmadığını bildirib:

“Meydanda təcili yardım maşınının olmaması biabırçılıqdır. Oğlumu xilas etmək mümkün idi”.