Belarusun “Vitebsk” futbol klubunun qapıçısı Andrey Şerbakov ailəsi ilə birlikdə avtomobil qəzasına düşüb.
Yenicag.az xəbər verir ki, qəza nəticəsində futbolçunun özü, həyat yoldaşı və 6 yaşlı oğlu ölüb.
Qəzanın baş verməsinə Şerbakovun idarəetməni itirməsi səbəb olub. Nəticədə onun idarə etdiyi maşın qarşıdan gələn avtomobillə toqquşub.
Həlak olan futbolçunun digər 3 yaşlı oğlu isə xəstəxanaya yerləşdirilib.