Futbolçu və qardaşı güllələndi

Fransanın “Qrini YS” futbol klubunun futbolçusu Muddo Silla və qardaşı Samba silahlı hücuma məruz qalıblar.

Yenicag.az xəbər verir ki, 28 və 26 yaşlı qardaşlar aldıqları güllə yarasından xəstəxanada keçiniblər.
Hadisə oktyabrın 5-də baş verib.

Silahlı hücumu təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb, faktla bağlı araşdırma aparılır.

COP29