Futbolçu yol qəzasında öldü

Polşanın “Stal” klubunun hücumçusu Kristian Popiela yol qəzasında ölüb.

Yenicag.az xəbər verir ki, 20 yaşlı polşalı futbolçu avtomobil qəzası nəticəsində həyatla vidalaşıb. O, hərəkətdə olarkən idarəetməni itirərək avtomobilini hasara çırpıb. Hadisə Polşada baş verib.

Popiela 2016-cı ildə İtaliyanın “Kalyari” klubunun gənclərdən ibarət komandasında da forma geyinib. Artıq A Seriyası təmsilçisi rəsmi saytı vasitəsilə dünyasını dəyişən futbolçunun yaxınlarına başsağlığı da verib.

Son illərdə isə gənc forvard ölkəsinin müxtəlif klublarında çıxış edib.

COP29