Ötən gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinə yekun vurulub.
Yenicag.az xəbər verir ki, günün sonunda isə Dənizkənarı parkda məşhur müğənni Meray Kerinin konserti baş tutub.
Konsertdə tamaşaçı kimi iştirak edənlər arasında tanınmış simalar da olub. Belə ki, Bakının “İnter” komandasının futbolçuları Denis Silva və Adrian Skarlatake cazibədar xanımları ilə 46 yaşlı ifaçının konsertində əyləniblər.
Futbolçular və xanımları Yenicag.az-ın obyektivinə poz verməyi də unutmayıblar.
Emin Səfərov