!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Futbolçunun taleyi “Qarabağ”da həll olunacaq

!Reklam – Yazi

Keçmiş futbolçu Zaur Ramazanovun qardaşı Ağabala Ramazanovun “İnter”dən “Qarabağ”a keçməsi narazılığa səbəb oldu. Belə ki, futbolçunun “Neftçi” klubu ilə anlaşma məqamında qəfildən fikri dəyişib. Və Ağdam təmsilçisinə transfer olunması bakılıların xətrinə dəyib.

Hətta “Neftçi”nin icraçı direktoru Orxan Hüseynzadə belə özünü saxlaya bilməyərək, Ağabalanın ünvanına sərt ittihamlar səsləndirib. Futbolçunun qardaşı və meneceri Zaur Ramazanov isə “Neftçi”nin rəsmisinə ağır cavab verib:
“Yaxşı olardı ki, orxankimilər ağzının danışığını biləydi. Ağabala “Neftçi”də olanda Orxan kim idi? Orxan və yanındakılar özlərini mələk kimi göstərə bilərlər. Ancaq unutmasınlar ki, dəvəquşu kimi başlarını torpağın altına soxsalar da, ayıblarını hamı bilir. Komandanı bu günə qoyanlar kiminsə xarakterindən danışmasınlar”.

“Bir çoxlarının fikrincə, Ağabala Ramazanov “Qarabağ”da əsas heyətə düşməkdə çətinlik çəkəcək. Onun üçün ideal variant olaraq “Neftçi”ni göstərirdilər. Bəs görən doğrudan da Ağabala Ramazanov “Neftçi”yə getməliydi? ”
Sualımızı AFFA Məşqçilər Komitəsinin üzvü, tanınmış futbol mütəxəssisi Ağasəlim Mircavadova ünvanladıq.

Yeniçağ.az-a danışan mütəxəssis “Qarabağ”ın A.Ramazanov üçün xeyirli olacağını deyib:

Ağasəlim Mircavadov ile ilgili görsel sonucu“Ağabala Ramazanov artıq özünü təsdiqləmiş futbolçudur. Bu onun seçimidir, özü daha yaxşı bilir.
Gəlin açıq danışaq, bilirsiz ki, ölkədə yerli hücumçu çatışmazlığı var. Hətta deyərdim ki, yox dərəcəsindədir. Ağabala da millinin üzvüdür. “Qarabağ”da yaxşı oynasa, bu, bütün Azərbaycan futboluna xeyirdir. Onun üçün özünü həm “Qarabağ”a, həm də yığmaya layiq olduğunu sübut eləmək üçün yaxşı şans yaranıb. “Qarabağ”dakı taleyi onun özündən, göstərdiyi oyundan, çıxışından asılıdır. Qurban Qurbanovun sisteminə uyğunlaşması lazımdır. Bunu edə bilsə, uğur qazanacaq. Çünki “Qarabağ”la “İnter” arasında fərq böyükdür. İstər oyun baxımında, istər digər məsələlərdə…”

Qeyd edək ki, “Neftçi”nin icraçı direktoru Orxan Hüseynzadə Ağabalanın son anda “Qarabağ”a keçidini şərh edərkən, “Ağabala bizim təklifimizi qəbul etmişdi. Son anda bizə heç nə demədən “Qarabağ”a getdi. Digər tərəfdən biz buna şadıq. Çünki bu cür xarakterə sahib futbolçu “Neftçi”yə lazım deyil” demişdi.

Aygün İlqarqızı

Yenicag.az

www.yenicag.az

740
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv