!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Futbolda daha bir faciə - Komanda yoldaşı ilə toqquşması ölümünə səbəb oldu - VİDEO

!Reklam – Yazi

İndoneziyalı qapıçı Çoyrol Xuda oyun zamanı komanda yoldaşı Ramon Rodriqeslə toqquşma nəticəsində dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, “Persela” klubunda çıxış edən qolkiper ölkə çempionatı çərçivəsində “Semen Padanq”la qarşılaşmanın birinci hissəsinin sonlarında rəqib komandanın təhlükəli hücumçunu dəf etməyə çalışarkən çiyin-çiyinə çıxış etdiyi Rodriqeslə toqquşub. Hadisənə dərhal sonra qapıçı xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Onun baş və boyun nahiyəsindən aldığı ciddi xəsarət səbəbindən öldüyü bildirilib.

Qeyd edək ki, 38 yaşlı qapıçı ilk yarının sonlarında əvəzləndiyi üçün oyun davam etdirilib. Qarşılaşma isə “Persela”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

www.yenicag.az

2328
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv