Futzal üzrə Çempionlar Liqasında yeni mövsümün təqvimi təsdiqləndi

UEFA İcraiyyə Komitəsi futzal üzrə Çempionlar Liqasında 2020/2021 mövsümünün təqvimini təsdiqləyib.

Yenicag.az xəbər verir ki, yarışın ilkin seçmə məhələsinin oyunları bu il 13 – 18 oktyabrda, əsas mərhələsinin qarşılaşmaları 19 – 24 noyabrda keçiriləcək.

Elit-raund iştirakçıları gələn il 16 – 21 fevralda meydana çıxacaqlar. “Dördlər finalı” isə 2021-ci ilin aprelində “Minsk Arena”da baş tutacaq.

Qeyd edək ki, Azərbaycan çempionu mübarizəyə əsas mərhələdən başlayacaq.