Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Füzuli rayonunun işğaldan azad edilmiş kəndlərinin təhsil statistikası

Təhsil Nazirliyi Füzuli rayonunun işğaldan azad edilmiş kəndlərinin təhsil statistikasını açıqlayıb.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, işğal olunana qədər rayonda 86 təhsil müəssisəsi fəaliyyət göstərib. Bu məktəblərdə təhsil alan şagirdlərin sayı 21 min nəfər, müəllimlərin sayı isə 1900 nəfər olub. Hazırda rayon üzrə 79 təhsil müəssisəsi fəaliyyət göstərir. Bu məktəblərdə işləyən müəllimlərin ümumi sayı 2259 nəfər, şagirdlərin sayı 1342 nəfərdir.

Rayonun Horadiz kənd məktəbinin 624 yerlik məktəbi olub, burada 45 müəllim çalışıb. Qərvənd kənd məktəbinin 240 yerlik məktəbi olub, burada 28 müəllim işləyib.

Aşağı Əbdürrəhmanlı kənd məktəbinin 220 yerlik məktəbi olub, burada 28, Qaraxanbəyli kənd məktəbinin 624 yerlik məktəbi olub, burada 50 müəllim çalışıb.

www.yenicag.az

219