!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Füzuli və Cəbrayılın işğalında iştirak etmiş general tutuldu — VİDEO

!Reklam – Yazi

Manvel Qriqoryan azərbaycanlı əsirlərə qarşı xüsusi qəddarlığı ilə seçilib.

Yenicag.az Real TV-yə istinadən xəbər verir ki, Ermənistan parlamentinin deputatı, general Manvel Qriqoryan və “Don Pipo” kimi tanınan kriminal avtoritet Artur Asatryan Ermənistan Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Bu barədə məlumatı ölkənin Təhlükəsizlik Xidməti yayıb.

Məlumata görə, əməliyyat Ezmiədzində iki cinayət işinin istintaqı çərçivəsində keçirilib. Axtarış zamanı külli miqdarda silah-sursat aşkarlanıb.

Deputatın saxlanılması ilə əlaqədar Ermənistan parlamentinin spikeri məlumatlandırılıb.

Qeyd edək ki, Füzuli və Cəbrayıl rayonlarının işğalında Manvel Qriqoryanın xüsusi rolu olub.

www.yenicag.az

1925
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv