!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Füzulidə 1 partlamış 9M22U raketinin mühərrik hissəsi aşkar edilib - FOTO

!Reklam – Yazi

Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndi – 1 otlaq sahəsinə baxış keçirilib, 1 ədəd partlamış 9M22U raketinin mühərrik hissəsi aşkar edilib, nəticə etibarilə 1 800 kv.m. ərazi yoxlanılıb.

Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Yeniçağ.Az-a verilən operativ məlumatda bildirilib.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 19 mart 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Qazax, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 158 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 1 992 ədəd partlamamış hərbi sursat, 73 ədəd tank əleyhinə mina və 8 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 1 249 509 kv.m ərazi (467 970 kv.m əl ilə, 341 200 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 327 339 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.

Yeniçağ.Az

www.yenicag.az

762
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv