Füzulidə 48 PHS tapılıb - Fotolar

Bu gün Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Füzuli rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında məlumat açıqlanıb.

ANAMA-dan verilən məlumata görə, Füzuli rayonunun Alxanlı kəndində otlaq sahəsində 48 ədəd partlamamış hərbi sursat (24 ədəd 82 mm-lik minaatan mərmisi (O-832), 4 ədəd PQ-9 raketinin gilizi, 1 ədəd 122 mm-lik top mərmisi (OF-462P), 1 ədəd 125 mm-lik tank mərmisi (OF-26) və 18 ədəd 5.45 çaplı patron) və 25 ədəd mina (23 ədəd tank əleyhinə minanın partladıcısı (MVZ-57) və 2 ədəd piyada əleyhinə mina (OZM-72)) aşkar edilib, daşınması mümkün olmadığına görə yerində zərərsizləşdirilib.

Bildirilir ki, 2 100 kv.m ərazi yoxlanılıb. Ümumilikdə, Agentlik tərəfindən 1-24 yanvar tarixlərində Ağdam, Füzuli, Şamaxı, Xızı və Lənkəran rayonları, Lənkəran və Gəncə şəhərində 2 otlaq sahəsinə, 1 hərbi hissənin yaxınlığına, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə baxış keçirilib, 1 288 ədəd partlamamış hərbi sursat, 33 ədəd tank əleyhinə mina, və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 15 130 kv.m ərazi yoxlanılıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 5
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."