Füzulidə ağ fosforlu tüstülü top mərmisi aşkarlandı – FOTO

Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün cəbhəboyu ərazilərdə keçirilmiş təcili təxirəsalınmaz əməliyyatlar barədə məlumat yayıb.

“ANAMA-dan  Yenicag.az-a verilən məlumata görə, 8 oktyabr 2020-ci il tarixində Agentliyin xüsusi mobil əməliyyat qrupları tərəfindən Füzuli rayonu ərazisində aparılan əməliyyat-axtarış tədbirləri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atılan 1 ədəd tüstülü 122 mm-lik top mərmisi (D-4) aşkar olunub.

Aşkar olunan mərminin tərkibində 3,6 kq ağ fosfor (P-4) vardır ki, bu cür mərmilərin mülki əhaliyə və obyektlərə qarşı istifadə edilməsi beynəlxalq humanitar hüququn tələblərinə və prinsiplərinə görə qadağandır.