Füzulidə 8 otaqlı ev yanıb.
FHN-dən Yenicag.az-a verilən məlumata görə, rayonun Horadiz şəhərində ümumi sahəsi 252 m² olan ikimərtəbəli 8 otaqlı evin 6 otağının yanar konstruksiyaları və dam örtüyü 198 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.